May 04 2019 16:58
Views: 192

Meşələrin məhvinə səbəb olan yanğınların qarşısını vaxtında almaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi Tədbirlər Planı təsdiq edilib. Plana uyğun olaraq may ayından etibarən ərazilərdə əsaslı hazırlıq işlərinə start verilib. Bu sözləri ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib. Bildirib ki, hər il dünyanın müxtəlif bölgələrində baş verən meşə yanğınları minlərlə hektar meşə sahəsinin, yaşıllığın məhvi ilə nəticələnir, meşə zolaqları yanaraq külə dönür. Azərbaycan da digər dövlətlər kimi meşə yanğınlarından sığortalanmayıb. Meşə yanğınlarının araşdırılması göstərir ki, onların 98 faizi insan amilinin təsirindən, ehtiyatsızlıqdan və digər səbəblərdən baş verir. Belə halların qarşısının alınması məqsədilə nazirlik xidməti ərazilərin zəruri yerlərində meşə müşahidə qüllələrinin və ya gözətçi postlarının qurulmasına başlayıb. Meşəyə yaxın tikililərin ətrafında 15 metr, meşəyə yaxın magistral avtomobil yollarının kənarında isə 3 metr enində şumlama işləri aparılıb.

«Bildiyiniz kimi Azərbaycan quru iqlim ərazidə yerləşdiyinə görə isti havalar qarşıdan gəlir. Biz bu yanğınlara qarşı səfərbər olmalıyıq. ETSN öz səlahiyyətləri çərçivəsində mineral zolaqların çəkilməsi kimi müxtəlf profilaktk tədbirlər görür. Ancaq bu, heç də o demək deyil ki, yanğın olmayacaq. Vətəndaşlardan xahiş edirik ki, bu məsələlərdə həddən artıq ciddi olsunlar”.


Create Account



Log In Your Account