Jan 13 2021 18:33
Views: 167

Yeni yaradılan Media İnkişaf Agentliyi medianın zamanla ayaqlaşması, informasiya texnologiyaları sürətlə inkişaf etdiyi indiki dövrdə yeni kommunikasiyaların yaranması və dövrün gətirdiyi yeniliklərə uyğunlaşmaq kimi dəyişikliklərə ehtiyacı ödəyəcək. Ekspertlər hesab edir ki, prezident İlham Əliyevin fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında yaradılan Media İnkişaf Agentliyindən bu mənada gözləntilər böyükdür. Bu ilk növbədə medianın əhatəsinin dəqiqləşməsi baxımından əhəmiyyətlidir. Ciddi qayda pozuntularına yol verən media qurumlarına nəzarət də agentliyin səlahiyyətlərinə daxildir. Ekspertlər hesab edir ki, bu, medianın saflaşması, həqiqi jurnalistikanın inkişaf etdirilməsi baxımından vacibdir. Media eksperti Aynur Kərimova deyir ki, mediaya qarşı peşəkar tələbləri ciddiləşdirməklə reket jurnalistikası ilə mübarizə aparmaq mümkündür. Ekspertlərin fikrincə, agentlik mediadakı rəqabətliliyi, keyfiyyət standartlarını təmin edə biləcək layihələr icra etməklə dövlətin mediaya uğurlu dəstək modelinə çevrilə bilər. Bu, yalnız medianın maddi texniki bazasının genişləndirilməsindən ibarət olmamalıdır. Bu istiqamətdə addımları gücləndirmək üçün media təhsilinə ciddi ehtiyac var. Eyni zamanda xarici mediada azərbaycanlı imzaların parlaması üçün bu istiqamətdə görüləsi işlər var. Ekspertlər hesab edir ki, Media İnkişaf Agentyliyinin yaradılması 44 günlük Vətən Müharibəsindən çıxan Azərbaycanda media ilə bağlı islahatların başlanğıcı hesab etmək olar. Qeyd edək ki, ötən gün prezident İlham Əliyevin fərmanı ilə yaradılan Medianın İnkişafı Agentliyinin nizamnamə fondu 285 min 405 manat təşkil edir və dövlət büdcəsinin vəsaiti hesabına formalaşacaq. Agentlik iki ay müddətində “Media haqqında” yeni qanun layihəsi hazırlayıb prezidentə təqdim etməlidir.


Create Account



Log In Your Account