Dec 10 2019 21:05
Views: 393

Çıxışçılardan biri – Estoniya parlamentinin beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini Marko Mikhelson ölkəsi ilə Avropa İttifaqı arasındakı münasibətlərdən danışdı. Eyni zamanda Rusiya ilə Avropa İttifaqı arasındakı gərgin münasibətlərin ittifaqa daxil olan ölkələrə hansı formada təsir etdiyini şərh etdi. Şərq tərəfdaşlığı proqramının eston mərkəzinin direktoru Gert Antsu isə ayrı-ayri ölkələr üzrə durumu anailz etdi. Azərbaycanlı jurnalistlərin sualını cavablandıran direktor Azərbaycanla Avropa İttifaqı arasında imzalanması gözlənilən sazişin gecikməsinin səbəbini belə izah etdi Avropa İttifaqına üzvlük Estoniyanın iqtisadiyyatı ilə yanaşı, ümumilikdə cəmiyyətin inkişafına səbəb olub. Ölkədə orta aylıq əməkhaqqı 1341 avroya, penisyaların məbləği isə 500 avroya çatıb. Ümumdaxili məhsulun həcmi üzrə göstəricilərini artırıb. Ölkədə həyat səviyyəsi yüksəldiyindən bundan əvvəl Estoniyanı tərk edən vətəndaşlar geri qayıtmağa, burda yaşamağa başlayıblar. Ekspertlər bildirir ki, inkişafa nail olmaq üçün islahatlara getmək lazımdır. Şərq Tərəfdaşlğı ölkələrindən olan jurnalsitlərlə görüşlərdə qeyd edildi ki, 10 il ƏRZİNDƏ Avropa İttifaqı Estoniyaya 6 milyard dollar məbləğində yardım göstərib. Maddi kömək sayəsində kənd təsərrüfatında inkişaf əldə olunub, yeni nəqliyyat vasitələri alınıb, bütün hökumət rəqəmsalLaşmaya keçid edib. Ölkədə şəffaflıq, media azadlığı üzrə göstəricilər yüksəlib. Press turda Xarici işlər nazirliyinin muzeyi də ziyarət olundu. burada Estoniyada diplomatiyanın yaranma tarixi, 100 il ərzinə əldə olunan uğurlar, Tartu sülh razılaşmasının ölkənin müstəqilliyini əldə etməsinə verdiyi töhfə və digər tarixi məqamlardan söz açıldı. (sərgi kadrları da yüklənməlidir ayrica papkada) Altı ölkədən olan media nümayəndələri həmçinin elektron hökumətin quruluş, elektron nazirlər kabinetinin quruluşu ilə tanış olacaqlar. estoniyanın prezidenti, baş naziri və xarici işlər naziri ilə görüşlər də planlaşdırılır.


Create Account



Log In Your Account