Jul 20 2019 17:10
Views: 164

Sabah Bakı 2019 Avropa Gənclər Olimpiya Festivalının təntənəli açılışı olacaq. Festivalın işini işıqlandıracaq media nümayəndələri, xüsusilə televiziya operatorları və fotoqraflar üçün bu gün təlim keçirilib. Təlimdə festivalda foto və video çəkiliş aparılması, müsahibələrin keçirilməsi, fotoqraf və opertorlara icazə verilən mövqelərin çəkilişi və digər önəmli məqamlar haqqında  məlumat verilib. Qeyd olunub ki, bu möhtəşəm tədbiri işıqlandırmaq üçün 345 media nümayəndəsi akkreditasiyadan keçib.  

Təlim iştirakçılarına yarışın keçiriləcəyi idman obyektlərində fəaliyyət göstərən media mərkəzlərinin işi haqqında məlumat verildi. Qeyd olundu ki, hər bir yarış məkanında məlumat masası, iş otağı ilə təmin olunmuş Media Mərkəzi fəaliyyət göstərir. Festival boyunca Əsas Media Mərkəzində isə Media brifinqlər və konfranslar keçiriləcək. Ümumilikdə treninqdə 120-ə yaxın yerli və xarici KİV təmsilçisi iştirak edib.


Create Account



Log In Your Account