Oct 15 2019 16:31
Views: 274

Əfsuslar olun ki, dünya mediasında ikili standartlar var və Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dünyada işiqlandırılması məsələsində də biz bu ikili standartların işə düşməsi ilə üzləşirik. Bunu  Prezidentinin Ictimai-Siyasi Məsələlər Üzrə Köməkçisi Əli Həsənov “Qlobal medianın inkişaf trendləri: Risklər və imkanlar” mövzusuna həsr olunmuş  Beynəlxalq Media Konfransında deyib. 65 xarici  və 30 yerli media nümayəndəsinin qarşısında çıxış edən Əli Həsənov Konfransın Azərbaycan həqiqətlərini çatdırmaq üçün yeni imkan yaratdığını vurğulayıb.
Əli Həsənov həmçinin Azərbaycanda medianın yeni trendlərə uyğun olaraq inkişaf etdiyini və bölgənin ən inkişaf etmiş strukturlarından birinə çevrildiyini vurğulayıb.
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, son dövrlər sosial medianın imkanlarının artması ilə media azadlıqları da artıb. O həmçinin bu konfransın ikili standartlara qarşı çıxan platforma kimi özünü təsdiqləyəcəyinə də əminliyini ifadə edib. Türkiyənin “Habertürk” televiziyasının əməkdaşı Bülent Aydemir bu gün Türkiyənin həyata keçirdiyi “sülh çeşməsi” antiterror əməliyyatına qarşı bir sıra media orqanlarında qərəzli kampaniya aparıldığını deyib. Bildirib ki, bununla bağlı həqiqətlərin dünyaya çatdırılmasında mətbuatın üzərinə böyük iş düşür.
Qeyd edək ki, Bakı Beynəlxalq Media Konfransı  Türk Şurasının Zirvə Görüşü çərçivəsində keçirilib. Bu ildən Türk Şurasına sədrlik Azərbaycana keçib.

 


Create Account



Log In Your Account