Sep 13 2019 15:22
Views: 227

Dövr dəyişdikcə, media ilə bağlı problemlərin forması, növü də dəyişir. Əgər vaxtilə hansısa bölgəyə xəbər çatdıra bilmirdiksə, indi həddən artıq xəbər paylaşılır və təəssüf ki, bunların əksəriyyəti yalan xəbərlər olur. Dünya Mətbuat Şuraları Assosiasiyasının prezidenti Şule Aker  CBC-yə eksklüziv müahibəsində bildirib ki, indi sosial şəbəkələr üzərindən çox xəbər yayılır.

Bu məsələ Dünya Mətbuat Şuraları Assosiasiyasının Bakıda keçirilən toplantısında müzakirə olunur. Qurum prezidenti deyir ki, onlar çap və onlayn media nümayəndələri üçün mövcud qanunların sosial mediada da tətbiqinin tərəfdarıdırlar.

Dünya Mətbuat Şuraları Assosiasiyasının 22 ölkədən nümayəndələri Bakıda müzakirələrdə iştirak ediblər. Hər nümayəndə öz ölkəsində medianın durumu ilə bağlı məlumatı paylaşır.

Dünya Mətbuat Şuraları Assosiasiyası 1992-ci ildə yaradılıb. Azərbaycan Mətbuat Şurası 2005-ci ildən bu qurumun üzvüdür. Dünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı sentyabrın 15-dək davam edəcək.


Create Account



Log In Your Account