Nov 04 2019 18:40
Views: 158

Avropa İttifaqının maliyyələşdirdiyi "Mübahisələrin alternativ həlli və əhaliyə hüquqi yardım göstərilməsi" adlı layihənin açılış mərasini keçirilib. İki illik layihənin əsas məqsədi "Mediasiya haqqında" qanunun icrası və əhaliyə göstərilən hüquqi yardımın təkmilləşdirilməsidir.

Tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Ədliyyə nazirinin birinci müavini Azər Cəfərov, beynəlxalq təşkilatların, xarici dövlətlərin, ictimai qurumların, müaviq aiddiyyatı dövlət orqanlarının nümayəndələri və hakimlər iştirak ediblər. 

Layihənin əsas komponentləri olan-mediasiya sahəsində strategiyanın müəyyən edilməsi, qanunvericiliyin təkminləşdirilməsi, Mediasiya Şurasının yaradılması, rəsmi təlimlərin başlanması, mediasiyanın təbliği, həmçinin, kiçik tələblərin mühakiməsi və hüquqi yardımın göstərilməsi ilə bağıı bir sıra məsələlər müzakirə edilib. "Mediasiya haqqında" qanunun səmərəli və lazımi qaydada icrası məqsədilə ən qısa zamanda Mediasiya Şurasının yaradılmasının və rəsmi mediasiya təlimlərinin başlanmasının zəruri olduğu vurğulanıb.


Create Account



Log In Your Account