May 23 2018 14:05
Views: 511

Meksikanın tanınmış musiqiçisi Argentina Duran Rəşid Behbudov adına mahnı teatrının səhnəsində ölkəsinin ən məşhur bəstəkarlarının əsərlərini səsləndirib. Onun ifası böyük maraqla qarşılanıb. Konsert proqramını Meksikanın Azərbaycandakı səfirliyi və Mədəniyyət nazirliyi birgə təşkil edib.
Argentina Duran 7 yaşından musiqi ilə məşğul olur. 11 yaşı olanda gənc musiqiçi artıq Verakruz universitetinin musiqi fakultəsinə daxil olub. İndi o, həm vətənində, həm də xaricdə tanınır. Bir çox beynəlxalq müsabiqələrin laureatıdır.


Create Account



Log In Your Account