Dec 28 2018 16:40
Views: 380

Azərbaycanda beş rayonda meşələrin girişində kameralar quraşdırılıb. Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib. Onun sözlərinə görə, meşələrin girişində quraşdırılan kameralar vasitəsilə  24 saat ərzində onlayn formada nəzarət aparmaq mümkündür. Günəş batereyası ilə işləyən kameralar vasitəsilə həm də meşə yanğınlarını nəzartədə saxlamaq olur. Meşədə hansısa bir problem olan kimi dərhal həmin əraziyə operativ şəkildə müdaxilə ediləcək. Jurnalistlərə kameralardan görüntülər də nümayiş etdirilib.

“Kameralar 20 min hektara yaxın ərazini müşahidə aparır. Bütövlükdə bu ərazini nəzarət altında saxlamaq olur. Onlar vasitəsilə 1600 metrdən konkret hədəf görünür. Bu da yanğınlara qarşı operativ tədbirlərin göstərilməsinə kömək olacaq. Kameralar Zaqatala, Oğuz, Şəki, Qəbələ və Qax rayonlarında quraşdırılıb”.


Create Account



Log In Your Account