May 22 2019 19:06
Views: 446

Bakı Metropoliteni QSC fövqəladə hallarda, elektrik enerjisinin verilişində məhdudiyyətlər yarandığı vəziyyətlərdə metronun elektrik enerjisi ilə keyfiyyətli və fasiləsiz təmin olunması məqsədilə “Azərişıq” ASC ilə birgə fəaliyyətə başlayıb. Metropolitendə müxtəlif növ cərəyan və gərginlik tələb edən sahələrin olduğu nəzərə alınaraq elektrik enerjisi ilə təminatın dizel elektrik stansiyaları vasitəsilə aparılması məqsədəuyğun hesab edilib. Avadanlıqların yarımstansiyaların ərazisində yerləşdirilməsi barədə qərar qəbul edilib ki, bununla da qəza vəziyyətlərində də metropolitenə elektrik enerjisi ötürüləcək. Dizel-elektrik stansiyalarının yerləşmə nöqtələri müəyyən olunub.

Əsas enerji ehtiyaclarının ödənməsi müxtəlif güclərə malik mənbələrdən ən azı 10 yarımstansiyadan təmin olunacaq. Ümumi gücü 39 meqavolt amper olan 17 dizel generatorları alınıb və təyinatı üzrə müvafiq yarımstansiyalarda quraşdırılıb. Hazırda sazlama işləri aparılır. Enerjinin tam kəsilməsi hallarında generatorlar işə düşəcək və elektrik qatarlarını, işıqlanma sistemini, eskalatorları, ventilyator və digər sistemləri fasiləsiz elektrik enerjisi ilə təmin edəcək. Hər bir generatorun yanacaq çəni 500 litr dizel yanacağı tutur.


Create Account



Log In Your Account