Sep 12 2019 19:49
Views: 241

“Bakı Metropoliteni”nin “Xətai” stansiyası bu gündən etibarən qapılarını sərnişinlərin üzünə açıb. Stansiya əsaslı təmir və yenidənqurma işlərindən sonra istismara verilib. İnşasına hələ 1949-cu ildən başlanmış və 1968-ci ildə açılmış stansiya sonuncu dəfə 2014-cü ildə təmir edilib. Ötən il sentyabrın 27-dən isə “Xətai” stansiyası təmirə bağlanıb. Təxminən bir il ərzində stansiyanın infraskturkturu və görkəmi tamamilə yenilənib. Köhnə eskalatorlar son nəsil Almaniya istehsalı olan 4 yeni eskalatorla əvəzlənib. “Bakı Metropoliteni”nin ən dərin özüllü stansiyası olan “Xətai” bir giriş-çıxışlı olduğundan, yeni eskalatorlar sərnişin axınının sürətini daha rahat tənzimləməyə, təhlükəsizliyi gücləndirməyə imkan verir. Eskalatorlar yeniləndiyi müddətdə vestibülün əsaslı təmiri də aparılıb.
Gözəl arxitekturası ilə seçilən stansiyanın giriş vestibülü və platformanın orta zalının divarında Şah İsmayıl Xətai və onun yaradıcılığına həsr olunmuş bədii-memarlıq kompozisiyaları da bərpa olunub. Bütün kommunukasiya xətlərinin, avadanlıqlarının yenilənməsi ilə bağlı mühüm işlər görülüb. Yeni videomüşahidə şəbəkəsi yaradılıb, informasiya-məlumat sistemləri, sərnişin avtomatikası quraşdırılıb.
“Xətai” metrostansiyasından qatarlar yalnız “Cəfər Cabbarlı” stansiyasına hərəkət edir. Hidayət Məmmədovun sözlərinə görə, “Xətai”nin yaxınlığında Bənövşəyi xəttin yeni stansiyası tikiləcək. Şərti adı “B7” olacaq stansiya “Xətai” stansiyası ilə birləşəcək. Nəticədə buradan “Avtovağzal” stansiyasına qədər getmək mümkün olacaq. Bu il “Bakı Metropoliteni” 30 yeni vaqon istismara buraxıb. Gələn il yeni qatarların alınacağı gözlənilir.


Create Account



Log In Your Account