Nov 08 2019 19:07
Views: 149

“Bakı Metropoliteni” QSC fəaliyyətinin 52-ci ildönümünü və metropolitençilərin peşə bayramını qeyd edib. Bildirilib ki, yarım əsrdən çoxdur paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına xidmət göstərən yeraltı dəmir yolu bu illər ərzində böyük inkişaf yolu keçib. 5 stansiya və 10 km-ə yaxın yolla ilk sərnişinlərini qəbul edən metronun hazırda ümumi uzunluğu 36,6 km olan 3 xətti üzərində 25 stansiya var. Hər gün “Bakı Metropoliteni”nin xidmətindən 600 min vətəndaş istifadə edir. 
Görüləcək işlər barədə məlumat verən “Bakı Metropoliteni” QSC-nin Baş mühəndisi Əlixan Osmanovun sözlərinə görə, gələn ilin fevral ayından etibarən Rusiyadan Azərbaycana yeni metro qatarlarının gətirilməsinə başlanılacaq. Yaxın 3 ildə 12 yeni metro qatarının gətirilməsi nəzərdə tutulur.

 


Create Account



Log In Your Account