Aug 30 2019 18:06
Views: 206

ABŞ və Avropa İnstitutları Ermənistan rəhbərliyinin təxribatlarının qarşısını almalıdır. Amerikalı politoloq Piter Teys CBC-yə müsahibəsində belə deyib. Qeyd edib ki, çətin siyasi vəziyyətə düşən Nikol Paşinyan belə absurd bəyanatlar verməyə məcburdur. Ermənistan baş nazirinin davranışı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlara zərbə vurur, eyni zamanda ümumilikdə bütün bölgənin təhlükəsizliyini təhdid edir.

Ekspertlər bildirir ki, rəsmi Bakı münaqişənin dinc yolla həlli üçün əlindən gələni edir. Amma Yerevanın bütün cəhdləri status-kvonun mümkün qədər qorunub-saxlanmasına yönəlib. Bununla Ermənistan beynəlxalq hüququ iqnor edir. ATƏT-in Minsk qrupunun sabiq həmsədri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza CBC-yə açıqlamasında bildirib ki, Paşinyanın son bəyanatları bir-birini inkar edir.

Ekspert hesab edir ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və buna çoxdan son qoymaq lazım idi. Münaqişənin sülh yolu ilə həlli üçün Nikol Paşinyan öz ritorikasını dəyişməlidir. Əks halda Azərbaycan beynəlxalq hüququn verdiyi güc yolu ilə ərazi bütövlüyünü bərpa etmək haqqından istifadə edəcək. Bunun üçünsə rəsmi Bakının kifayət qədər iqtisadi və hərbi gücü mövcuddur.


Create Account



Log In Your Account