Sep 12 2019 19:43
Views: 520

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə daha 50 avtomobil təqdim edib. İlin əvvəlindən indiyədək bu proqram əsasında artıq 330 avtomobil bu kateqoriyadan olan şəxslərə verilib. Cari ildə avtomobillərin verilməsi üçün əlavə 5 milyon manat vəsait ayrılıb. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, şəhid ailələrinə, müharibə əlillərinə dövlət qayğısının artırılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.
Minik avtomobili ilə təmin olunan müharibə əlilləri dövlətin diqqət və qayğısından razılıq edib.
Xatırladaq ki, şəhid ailələri və müharibə əlillərinə bu günədək 6200-dək avtomobil təqdim olunub. Bu istiqamətdə tədbirlər davamlı olacaq.


Create Account



Log In Your Account