Apr 24 2019 18:57
Views: 220

1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1000 manat məbləğində  birdəfəlik maddi yardım veriləcək. Bununla bağli prezident Ilham Əliyev müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən ikinci dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə də 500 manat birdəfəlik yardım göstəriləcək.  Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçıları da eyni məbləğdə - 500 manat yardım alacaq. 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov hesab edir ki bu sərəncam bir daha müharibə veteranlarına dövləti qayğısını nümayiş etdirir. Cəlil Xəlilov bildirib ki, son illərdə müharibə veteranlarının sosial durumunun yaxşılaşdırıması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Dövlət bu kateqoriyadan olan bütün vətəndaşları diqqət mərkəzində saxlayır.

Sərəncam ümumilikdə 9300-dən çox vətəndaşa şamil olunacaq. Onlardan 400-dən artıq vətəndaş 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərdir ki, onların hər birinə 1000 (min) manat məbləğində birdəfəlik maddi yardım ödəniləcək. Sərəncamın icrasını təmin etmək məqsədilə Prezidentin ehtiyat fondundan  5 milyon manat ayrılıb.

 


Create Account



Log In Your Account