Apr 05 2019 18:31
Views: 333

Dövlət başçısının fərmanı Azərbaycanda məhkəmə sistemində islahatların yeni mərhələyə qədəm qoyduğunu deməyə əsas verir. Ədliyyə nazirinin müavini Azər Cəfərov belə deyib. Bildirib ki, ötən ilin dekabrında məhkəmə-hüquq sistemi ilə bağlı bir çox qanunvericilik aktlarına dəyişiklik edilib. İqtisadi mübahisələrlə bağlı iddiaların elektron qaydada qəbuluna başlanıb.

Ölkə başçısının imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında  fərman” sahibkarlar üçün də yeni imkanlar açır. Fərmanda ən mühüm məsələlərdən biri də sahibkarlıqla bağlı xüsusi ixtisaslaşmış məhkəmənin yaradılması barədə tapşırıqdır.

Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov CBC-yə açıqlamasında bildirib ki, iş adamları bu fərmanı çox yüksək qiymətləndirir. Onun icrası nəticəsində bir çox problemlərin həllinə inanır.

Xatırladaq ki, dövlət başçısının imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında”  fərmanda  vətəndaşalrın məhkəməyə  müraciət imkanlarının  daha da genişləndirilməsi, məhkəmələrin fəaliyyətində şəffaflığın  artırılması, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsinin təmin olunmasının gücləndirilməsi  tapşırılıb. Süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün tədbirlərin görülməsi fərmanda əksini tapıb.


Create Account



Log In Your Account