Jul 02 2019 18:20
Views: 162

"Məqsəd ondan ibarətdir ki, Azərbaycanda məhkəmə sistemi təkmilləşdirilsin, səmərəliliyi artırılsın. Bu layihə nəticələr əsasında iş qurur".  Bunu Avropa İttifaqının və Avropa Şurasının birgə proqramı olan “Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması” adlı yeni layihənin təqdimat konfransında Avropa Şurasının Ədliyyə və hüquqi əməkdaşlıq departamentinin rəhbəri Hanne Yunker deyib. Onun sözlərinə görə, Avropa Şurası bu layihəyə dəstək verməyə hazırdır, buna imkan da var. "Hakimiyyət bu məsələdə birgə işə dəstək verir", – Hanne Yunker belə deyib.  O, Azərbaycan hakimiyyətinə xüsusi təşəkkürünü bildirib.

Azərbaycan Ədliyyə nazirinin müavini Azər Cəfərovsa deyib ki, hökumət islahatları həyata keçirərkən Avropa dövlətlərinin təcrübəsinə istinad edir. Onun sözlərinə görə, yeni layihənin müddəaları Azərbaycan Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərmanı ilə üst-üstə düşür. Azərbaycan hökuməti bu istiqamətdə addımlar atmağa hazırdır. Bildirib ki, Azərbaycanda məhkəmə sisteminin müstəqilliyi təmin edilir. Bunun üçün qanunverici baza da təkmilləşdirilir. 

Yeni layihənin məqsədi CEPEJ alətlərinin milli səviyyədə tətbiqi yolu ilə Azərbaycan məhkəmələrinin işinin səmərəliliyini və keyfiyyətini artırmaq, məhkəmə qərarlarının icrası sisteminin modernləşdirilməsi vasitəsilə qərarların icrasını təkmilləşdirməkdir. Layihənin 2021-ci il avqustun 31-dək davam etməsi nəzərdə tutulur. Ümumi büdcəsi 915 min avro olan layihəni CEPEJ həyata keçirir.


Create Account



Log In Your Account