Apr 04 2019 19:03
Views: 437

Azərbaycanın Məhkəmə-hüquq sisteminin inkişafında yeni  bir mərhələ başlayır. Ötən gün prezident İlham Əliyev Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərman imzalayıb.

Fərmanda  vətəndaşalrın məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsinin təmin olunmasının gücləndirilməsi   tapşırılıb. Süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün tədbirlərin görülməsi əksini tapıb. Vəkillər Kollegiyası bu fərmanın hüquq islahatlarının dərinləşdirilməsi istiqamətində atılan çox mühüm addım hesab edir.

Pərviz Ələkbərovun sözlərinə görə, fərmana əsasən bundan sonra məhkəmələrə müdaxilənin qarşısının alınması mexanizimlərinin təkmilləşdirilməsi  və məsuliyyətin artırılması, müvafiq məlumatların qəbulu üçün qaynar xəttin yaradılması, məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparılması, məhkəmə qərarlarının elektron qaydada dərc edilməsi  təmin olunacaq. Bu da vətəndaş  məmnunluğunu artırmaqla yanaşı şəffaflığın təmin olunmasına da xidmət edəcək.

Pərviz Ələkbərovun sözlərinə görə, fərman sahibkarların məhkəməyə müraciət imkanlarını da asanlaşdıracaq. Mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılması təmin olunacaq. Eyni zamanda, ədalət mühakiməsi mexanizmlərinin effektiv fəaliyyətinin təmin edilməsi üçün hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsi daha da yaxşılaşdırılacaq.


Create Account



Log In Your Account