Oct 07 2019 19:14
Views: 342

Bakı Ali Neft Məktəbində növbəti “Mühəndislər üçün biznes təhsili” layihəsinin açılışı olub. Artıq 2 ildir BP ilə birgə həyata keçirilən layihə üzrə 3-cü qəbul həyata keçirilib. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, layihənin əsas məqsədi mühəndislik təhsili alan tələbələrin liderlik, idarəetmə bacarıqlarının inkişaf etdirilməsi və karyera imkanlarının artırılmasıdır. 
Proqram bütün ali məktəblərin mühəndislik ixtisası üzrə təhsil alan 3-cü və 4-cü kurs tələbələri üçün nəzərdə tutulub. Proqramda təcrübəli ekspertlər təlim keçəcək. İngilis dilində olan proqramı uğurla başa vuranlara sertifikatlar veriləcək. BP Azərbaycan şirkətinin meneceri Zaur Cəbrayıl qeyd edib ki, proqram iştirakçıları aparıcı neft şirkətlərinin, o cümlədən BP-nin mütəxəssisləri ilə təcrübə mübadiləsi və müzakirələr aparmaq imkanı qazanacaq. Bakı Ali Neft Məktəbi və BP-nin birgə sertifikatını alacaqlar. Bu da onların gələcək karyerası üçün yeni imkanlar deməkdir.


Create Account



Log In Your Account