Mar 15 2019 18:26
Views: 148

Məşhur amerikalı radio aparıcısı Con Batçelor ölkəmiz haqqında verilişlər çəkmək üçün yenidən Azərbaycana gəlib. Batçelor Nyu-Yorkda milyonlarla dinləyicisi olan “Con Batçelor Şou” radio verilişinin rəhbəridir. O əlkəmizə yenidən səfər edərək, qeyd edib ki, Azərbaycan sürətlə inkiaf edir.

Batçelorun radio proqramında dinləyiciləri ilə Azərbaycan haqqında bölüşdüyü informasiya axını  amerikalı auditoriyanın böyük marağına səbəb olub. Radio aparıcısı qeyd edib ki, Bakı qlobal problemlərin müzakirə oldunduğu platformaya çevrilib. Bu faktı danmaq olmaz.

Radio aparıcısı eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinin vacibliyini vurğulayıb.

Con Batçelor bu dəfəki səfərində həmkarları ilə Quba şəhərində olublar. Onlar Quba soyqırımı memorial kompleksini ziyarət ediblər. Məşhur radio aparıcısı bildlrib ki,o ondiyə qədər bu hadisələr haqqında xəbərsiz idi. Con Batçelor Quba şəhərinin tarixi ilə də tanış olub. O nəinki Qubada, bütün Azərbaycanda hökm sürən tolerantlıq mühitindən heyran olduğunu bildirib. 

 “Con Batçelor Şou” ölkədə 183 radio dalğanı əhatə edir. Şou Nyu-York, Çikaqo, Filadelfiya, Dallas, San-Fransisko, Vaşınqton və Bostonda yayımlanır. Ümumilikdə, şounu 190 ölkədə dinləyirlər. Con Batçelor Şounun auditoriyası 3 milyon insana çatır.

 


Create Account



Log In Your Account