Jan 24 2020 18:19
Views: 165

Dövlət İmtahan Mərkəzi “Yüksəliş” müsabiqəsində ikinci- onlayn seçim mərhələsinə hazırlaşmaq üçün proqram və ədəbiyyat siyahısını açıqlayıb. Onlayn test tapşırıqları iki hissəyə bölünməklə ümumi biliklər və qabiliyyət testləri formatında keçiriləcək. İmtahanlara hazırlaşmaq üçün müvafiq proqram və ədəbiyyat siyahısı dovlət imtahan mərkəzinin saytında qeyd olunub. fevralın 2-si saat 18.00-dək davam edəcək qeydiyyat mərhələsini uğurla başa vuran iştirakçılar arasında seçim aparılacaq. müsabiqənin Təşkilat Komitəsinin üzvü, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev əmək bazarında yüksəlmək istəyən peşəkarlara dəvət ünvanlayıb. Nazir “Yüksəliş” müsabiqəsinin əmək bazarında yüksəlmək istəyən hər bir peşəkar üçün irəliyə doğru böyük bir addım olduğunu bildirib


Create Account



Log In Your Account