Oct 02 2018 14:36
Views: 666

Bakıda görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin 110 illik yubileyi qeyd olunub. Tədbirə ictimai xadimlər, tanınmış şairlər, ədəbi tənqidçilər, incəsənət xadimləri qatılıb.
“Baxmayaraq ki, gənc şair cəmi 29 il yaşamışdı, onun ədəbi irsi olduqca qiymətlidir”. Bunu Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr olunmuş tədbirdə Yazıçılar İttifaqının katibi Çingiz Abdullayev deyib. 
Tədbirdə çıxış edənlər qeyd edib ki, Stalin repressiyalarının qurbanı olmuş Mikayıl Müşfiqin ömrü qısa olsa da, o, çox böyük əsərlər yaratmağa müvəffəq olub. 
Müşfiqin “Oxu tar”, “Ana”, “Sənin gözlərin” kimi şeirləri bu gün də insanların poetik zövqünü oxşayır, sevilir. Mikayıl Müşfiq öz şeirləri ilə milli şüurun inkişafı və vətənpərvərliyin təbliğinə çalışırdı. Özünəməxsus poetik üslubu,  təkrarsız istedadı ilə qısa müddətdə ədəbi mühitdə böyük nüfuz qazanan şair təzyiqlərə məruz qalır. Represssiya maşını onun da taeyindən yan keçmir.
Tədbirdə Mikayıl Müşfiq və xanımı Dilbərə həsr olunmuş tamaşa da nümayiş olunub.
Görkəmli şairin xatirəsinə həsr olunmuş ədəbi-bədii gecə Prezident İlham Əliyevin “Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən keçirilib. Sərəncama uyğun olaraq müvafiq qurumlar tərəfindən Mikayıl Müşfiqin yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanıb.


Create Account



Log In Your Account