Jul 17 2019 16:24
Views: 333

Memar xoşbəxt insandır. Çünki memarlıq -incəsənətin ən qədim növlərindən biridir. Memarlıq tarixinin öyrənilməsi, memarlıq abidələrinin qorunması və yeni texnologiyalar əsasında inkişaf etdirilməsi gələcək nəsillərin ən öndə borcudur. Azərbaycanın əməkdar rəssamı Rasim Əliyev həyatını həsr etdiyi memarlıq haqda danışarkən belə deyir.

Rasim Əliyev Azərbaycanın əməkdar memarı, müxtəlif mükafatlar və ordenlərin  laureatıdır. Bundan başqa, dəfələrlə SSRİ Memarlıq Birliyinin fəxri diplomları, çoxsaylı medallarla təltif olunub.

Rasim Əliyev bir sıra unikal memarlıq əsərlərinin müəllifİdir. Məhz onun müəllifi və rəhbəri olduğu layihələrdə İçərişəhərin qədim hissəsinin yenidən qurulması planı, mikrorayonların və bir sıra yaşayış massivlərinin əsası qoyulub, bir sıra memarlıq və tikinti layihələri həyata keçirilib.  Ən məşhur əsərlərinın sırasına “Ulduz” sarayı, teleqüllə, Moskvada Azərbaycan hökümət evi, Bakıdakı Heydər Əliyev hava limanını, həmçinin  Naxçıvandakı hava limanı, Hüseyn Cavidin türbəsi, bir neçə metro stansiyası, onlarla inzibati, ictimai və yaşayış binaları daxildir.

Rasim Əliyevin uşaqlıq, gənclik və tələbəlik illəri, peşəkar fəaliyyəti haqqında geniş məlumat müəllifi olduğu «Keçmişdən gələcəyə” adlı kitabda əks olunub. Yubiley ərəfəsində Rasim Əliyevə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" təqdim olunub.


Create Account



Log In Your Account