Jan 04 2019 18:23
Views: 731

Ümumtəhsil pilləsində təhsil alanların qiymətləndirilməsi bundan sonra yeni qaydalar əsasında həyata keçiriləcək. Bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının aparılması Qaydası”nın qəbulu ilə əlaqədar keçirilən brifinqdə deyib. Yeni qaydalara görə, summativ qiymətləndirmələrin sayı azaldılıb. Əsas məqsəd şagirdlərin imtahan yükünü azaltmaqdır.  Bu müəllimlərə və məktəblərə imtahanı  müəyyən qaydalar və standartlar çərçivəsində aparmağa imkan verəcək.

Yeni qaydalara əsasən II və III-cü siniflərdə böyük summativ qiymətləndirmələr ləğv olunur. Böyük summativ qiymətləndirmələr 4, 9 və 11-ci sinifdə- ümumtəhsil pillərinin hər mərhələsinin sonunda 100 ballıq şkala üzrə aparılsa da, sonda  sinif  jurnalına qiymət şəklində köçürülür.  Başqa sözlə, bütün hesablamalar ballar üzərindən aparılacaq, yalnız son anda həmin balların qiymət qarşılığı da müəyyənləşəcək. 5 və 8-ci sinif şagirdlərinə bütün fənnlər üzrə həm böyük, həm də kiçik summativ qiymətləndirlmələrə cəlb olunacaqlar.  Buraxılış fənlərindən başqa təmayüllü məktəb və liseylərə əlavə 3 fəndən summative qiymətləndirmə aparılma hüququ verilir. Ötən il dekabrın 29-da qəbul edilən “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının aparılması Qaydası” dərc olunduğu gündən qüvvəyə minib və  və cari tədris ilinin II yarımilindən tətbiq olunur.  


Create Account



Log In Your Account