May 15 2018 18:28
Views: 385

10 yaşlı Əhəd Rüstəmli Rusiyada Böyük Vətən Müharibəsinin 73-cü ildönümünə həsr olunmuş  boks üzrə beynəlxalq turnirdə I yerə layiq görülüb.  Şəhid Saleh Poladi adına 159 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi olan Əhəd Ryazanda keçirilən yarışda 28 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qalib gəlib. Final mərhələsində yeniyetmə erməni idmançını məğlub edərək turnirin qalibi adını qazanıb. Əhəd üçün son raundda qalibiyyətin həm də simvolik anlamı var. 
3 ildir boksla məşğul olan Əhədin məşqçisi atasıdır. Bu idman növünə həvəsi yarandığı ilk gündən onu dəstəkləyən Ceyhun Rüstəmov əməkdar məşqçisidir. Həftədə 3 dəfə Zenit İdman Cəmiyyətində məşq edən yeniyetmə dərslərini yaxşı oxusa da, gələcəyini idmanda görür. Bu gün o oxuduğu məktəbdə də örnək göstərilən şagirdlərdəndir.
Qeyd edək ki, boks idman növü ilə qısa müddətdir məşğul olmasına baxmayaraq, 10 yaşlı məktəbli ölkədaxili yarışlarda da böyük nailiyyətlər əldə edib.


Create Account



Log In Your Account