Aug 26 2019 18:53
Views: 184

Bu gün saat 12-dən etibarən məktəbəqədər hazırlıq qruplarına elektron ərizələrin qeydiyyatı başlanıb. Bu il ilk dəfə olaraq elektron qəbul təkcə Bakı deyil, bütün ölkəni əhatə edəcək. Bakı şəhəri üzrə təhsil idarəsinin müdir müavini İlhamə Abdulayeva bildirib ki, qeydiyyat bu gündən başlamaqla sentyabrın 25-dək davam edəcək. Paralel olaraq sentyabrın 2-dən etibarən artıq uşaqların məktəbəqədər hazırlıq qruplarına sənəd qəbulu aparılacaq.

“Beş yaşlı uşaqların 90 faizinin məktəbəqədər hazırlıq qruplarına qəbul olunacaq. Hazırda sistemdə mövcud olan respublika üzrə 5432 məktəbəqədər hazırlıq qrupuna 120 minə yaxın uşağın cəlb ediləcəyi proqnozlaşdırılır. Müraciətlər olarsa, bu uşaqların sayı arta, ya da azala bilər”.

Təhsil Nazirliyində keçirilən mətbuat konfransında qeydiyyatın və qəbulun qaydaları da açıqlanıb. Qaydalara görə, uşağı yalnız valideyni və ya qanunui təmsilçisi qeydiyyatdan keçirə bilər. Bunun üçün mektebeqebul.edu.az saytında tələb olunan sənədləri təqdim etmək lazımdır. Valideyn sistemdə şəxsi kabinet yaratdıqdan sonra hazırlıq qrupu üçün sorğu yerləşdirə bilər. Hər valideyn maksimum 3 uşağın qeydiyyatını apara bilr.

Məktəbəhazırlıq qrupunda sənədlərin qəbulu sentyabrın 2-dən başlayacaq. Yəni, elektron ərizəsi qeydiyyata alınan şəxslər sentyabrın 2-dən 27-dək sənədlərini qəbul olunduqları məktəbə təqdim etməlidirlər. Elektron ərizənin qeydiyyatı ilə əlaqədar yaranan çətinliklərin həlli üçün valideynlər Alternativ Qeydiyyat mərkəzlərinə, və Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə müraciət edə bilərlər.


Create Account



Log In Your Account