Jun 25 2019 14:52
Views: 539

Prezident İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində Ağdaş şəhərində yeni su və kanalizasiya infrastrukturu yaradılırb. Şəhər əhalisini keyfiyyətli içməli su ilə təmin etmək üçün 8 subartezian quyusu qazılıb, ümumi tutumu 10 min kubmetr tutumu olan 2 su anbarı və nasos stansiyası inşa edilib. Su mənbəyindən şəhərə 13 km  magistral su xətləri çəkilərək paylayıcı şəbəkə ilə birləşdirilib. Ötən il dövlət başçısının imzaladığı sərəncama əsasən Ağdaş şəhərində 4 yeni subartezian quyusu qazılıb, həcmi 5000 kubmetr olan yeni su anbarı inşa edilib. Eyni zamanda yeni su mənbəyindən şəhərə qədər 6,7 km magistral su kəməri tikilib, içməli su və kanalizasiya şəbəkələrinin genişləndirilməsi işləri aparılıb.

Layihə çərçivəsində Ağdaş Sukanal Sahəsi üçün müasir tipli yeni inzibati bina tikilib. Məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi gedir. Yeni layihənin icrasına qədər Ağdaş şəhərində 1950-1960-cı illərdə yaradılmış su təchizatı və kanalizasiya sistemlərindən istifadə olunurdu. Şəhərə içməli su Türyançayda quraşdırılmış drenaj sistemi vasitəsilə fasiləli rejimdə verilirdi. İçməli su və kanalizasiya şəbəkələri bütün abonentləri əhatə etmirdi və istismara yararsız vəziyyətə düşmüşdü.


Create Account



Log In Your Account