May 02 2019 18:24
Views: 435

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti cəbhə bölgəsində yerləşən Qazax şəhərinin içməli su və  kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tikinti işlərinin icrasına başlayıb. Azərbaycan Hökuməti və İslam İnkişaf Bankının birgə maliyyələşdirdiyi layihə 2 ilə yekunlaşacaq və bununla da 45 min insan keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunacaq. Təsdiqlənmiş qrafikə əsasən su və kanalizasiya şəbəkələrinin tikintisi 2020-ci ilin dekabrında başa çatdırılacaq.  Şəhərdə yaranan tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi də layihələndirilib.


Create Account



Log In Your Account