May 25 2019 15:24
Views: 253

Əhalinin daha çox hissəsinin mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunması, su şəbəkəsi olmayan ərazilərdə yeni infrastrukturun qurulması suyun keyfiyyətinə fasiləsiz nəzarət zərurətini yaradıb. İndiyədək bölgələrdə mövcud laboratoriyaların sayının az olması səbəbindən bəzi hallarda nümunələr rayonlardan Bakıda daşınmalı olurdu.  2013-cü ildə müasir Mərkəzi Laboratoriyanı istifadəyə verən Azərsu Açıq Səhmdar Cəmiyyəti növbəti mərhələdə bütün rayonları əhatə edən regional laboratoriyaların yaradılması layihəsinin icrasına başlayıb və bu layihə 2018-ci ildə başa çatdırııb.  İçməli suyun keyfiyyətinə mənbələrdən başlayaraq istifadəçiyə verilənə qədər bütün mərhələlərdə periodik nəzarət olunur.
Su nümunələri müxtəlif nöqtələrdən – anbarlardan, nasos stansiyalarından, sosial və ictimai iaşə obyektlərindən götürülür.
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti regional laboratoriyaların yaradılması layihəsi çərçivəsində 9 şəhərdə - Quba, Ucar, Masallı, Şirvan, Beyləqan, Oğuz , Göygöl, Ağstafa və Goranboyda laboratoriyalar yaradıb. Respublikanın bütün bölgələrini əhatə edən bu laboratoriyalar müasir cihaz və avadanlıqlarla, həmçinin xüsusi nəqliyyat vasitələri ilə təmin olunub.
İndi laboratoriyada yalnız içməli suyun tərkibi öyrənilir. Gələcəkdə bu laboratoriyaların imkanları hesabına tullantı suları da analiz olunacaq.


Create Account



Log In Your Account