Apr 08 2019 15:08
Views: 304

Azərbaycanda əmlak sığortası sahəsində insanlarda yanlış fikir formalaşıb. Vətəndaşlar əmlak sığortası haqda ya məlumatsızdırlar, ya da ki, çox baha olduğunu düşünürlər. İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov belə deyir. O, insanların icbari sığortaya marağının artırılması üçün maarifləndirmə tədbirlərinin zəruri olduğunu düşünür.

Xüsusilə bir müddət əvvəl paytaxtın Nizami rayonu ərazisindəki “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın sığortanın önəmini əyani şəkildə ortaya qoydu. Sahibkarlar bir anın içərisində milyonlarla manat zərərlə üzləşdirlər. Onların çoxunun sığortasının olmadığı məlum oldu. Mütəxəssislər bildirirlər ki, bu kimi hallarla qarşılaşmamaq üçün əmlakın icbari sığortası ilə yanaşı, könüllü sığortadan da istifadə etmək lazımdır.

Rəşad Əhmədov bildirir ki, malların sığortası da bahalı deyil. 15-20 min manat həcmində mal dövriyyəsi olan mağazada veriləcək illik sığorta haqqı malın dəyərinin 0,1–0,5% arasında dəyişir. Bu istiqamətdə insanların bilik və eyni zamanda inamını artırmaq üçün maarifləndirmə işlərinin aparılmalısı vacib hesab edilir.

Rəşad Əhmədovun sözlərinə görə, ölkədə əmlakın və əmlak sahibinin məhsuliyyət sığortasının geniş həcmdə həyata keçirilməsi üçün müvafiq qurumlarla inteqrasiya həyata keçirilməlidir. Eyni zamanda, qanunvericilikdə bəzi dəyişikliklərə ehtiyac var. Bu addımlar atıldığı təqdirdə Azərbaycanda əmlak sığortasında da göstərici avtomobil sığortalarında olduğu kimi 100%-ə yaxınlaşacaq.

 


Create Account



Log In Your Account