Jan 10 2019 15:50
Views: 2105

Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanı vətəndaşların istifadəsinə verilib. Yeni məkanda vətəndaşlara Əmlak Məsələləri Dövlət Komitəsinin bütün fəaliyyət sahələri üzrə xidmətlər göstərilir. Əmlak Xidmətləri Məkanında, ümumilikdə, Komitənin fəaliyyət sahələrinə uyğun 46 xidmət təqdim edilir. Göstərilən xidmətlərə dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, dövlət və bələdiyyə əmlakı ilə bağlı hərracların təşkili, torpaq və qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, əmlakın qiymətləndirilməsi, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətlərin qəbulu, hazır sənədlərin təqdim edilməsi və digər xidmətlər daxildir.Məkanda  vətəndaş məmnunluğunun artırılması,vətəndaş-məmur təmaslarının minimuma endirilməsi və  xidmətlərin tam elektronlaşdırılması təmin edilib. Yeni məkana müraciət edən vətəndaşlar da   əmlak məsələləri ilə bağlı işlərini   vahid məkanda həll etməkdən məmnunluğunu bildirib. 

Məkanda   vətəndaşalara göstərilən xidmətlər sırasında notarius, bank, memarlıq və layihələndirmə işləri, əmlakın sığortalanması və poçt xidmətləri də yer alıb. Vətəndaşlar  yeni məkanda 40 xidmətdən  elektron qaydada birbaşa və ya  prosedurların sürətli olması üçün elektron idarəetmə sistemini həyata keçirən qurğulardan istifadə etməklə yararlana bilər.

Məkanda vətəndaşlar üçün özəlləşdirmə hərraclarının keçirilməsi ilə bağlı 100 nəfərlik hərrac zalı da var. burdakı monitorlar vasitəsilə özəlləşməyə çıxarılan əmlaklarla tanışlıq, keçirilən özəlləşdirmə hərraclarında həm canlı iştirak etmək, həm də elektron qoşulmaqla hərraca qatılmaq mümkündür. Məkan istifadəyə veriləndən 28 elektron hərrac keçirilib və 900-dən çox əmlak satışı üzrə elektron sifariş qəbul olunub. burda könüllülərin xidmətlərindən də  geniş istifadə olunur. Bununla yanaşı binada vətəndaşalrın vaxtının səmərəli keçirmələri üçün kafe, kitabxana və  uşaqlar üçün  oyun sahəsi də yaradılıb.Vətəndaşlar üçün daha bir maraqlı məkan  1909-2018-ci illərdə daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarını özündə əks etdirən müxtəlif dövrlərə aid mülkiyyət sənədlərinin sərgiləndiyi arxiv guşəsidir. Məkanda vətəndaşlara şənbə və bazar günləri də daxil olmaqla   həftənin bütün günləri 100- yaxın işçi  xidmət göstərir.

Əmlak Xidmətləri Məkanın xidmət sahəsinə daxil olan daha bir yenilik   Peyk Müşahidə Sistemidir. Burdan idarə ediləcək Peyk Müşahidə Sistemi torpaqlara dövlət nəzarətinin həyata keçirilməsini, qanunsuz tikililərin, torpağın münbit qatının korlanmasının qarşısının alınmasını, torpaq tədqiqatının aparılmasını asanlaşdıracaq. Süni intellektin imkanlarından istifadə etməklə ölkə ərazisində  5 gündən bir çəkiliş aparılacaq  və ərazilər təhlil ediləcək, əvvəlki və sonrakı görüntülüər müqayisə olunacaq. Komitə ilə yanaşı, Peyk Müşahidə Sisteminin imkanlarından Kənd Təsərrüfatı,Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər Nazirlikləri, eyni zamanda, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr yararlana biləcək. Sistemin bu ilin əvvəlindən ilkin sınaqlar həyata keçirilməklə tam istifadəyə verilməsi nəzərdə tutulur.


Create Account



Log In Your Account