Jul 09 2019 18:56
Views: 228

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində vətəndaşlara səyyar xidmət göstərilməsinə başlanılıb. İlk olaraq Bakının Nizami rayonunda yerləşən bina sakinləri  göstərilən xidmət zamanı mənzil çıxarışlarının verilməsi üçün ilkin sənədlər toplanılıb. Çıxarışların verilməsi  prosesində iştirak edən bina sakinləri göstərilən xidmətlə bağlı bu fikirləri ifadə edib.
Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov jurnalistlərə açıqlamasında  kampaniyanın 10 gün davam edəcəyini bildirib.
Daşınmaz əmlakın dövlət reyestri haqqında qanuna edilmiş dəyişikliyə əsasən artıq aprel ayının 18-dən azərbaycan məkanında çıxarışlar elektron qaydada verilir., yəni kağız çıxarışa son qoyulub. Müraciətdən sonra vətəndaşlarımıza  mobil telefonlarına sms vasitəsiylə   elektron çıxarışın hazır olmasıyla bağlı müvafiq bildirişlər və eyni zamanda keçidlər göndərilir. Elektron çıxarış elektron hökumət portalında hər bir vətəndaşın şəxsi kabinetində yerləşdirilir. əgər vtəndaşın şəxsi kabineti yoxdursa yaradılanadək elektron poçt ünvanına və ya mobil telefonuna sms-lər göndərilir. Artıq elektron çıxarış tam elektron tamm hüquqi qüvvəyə malikduir. İtənilən iqtisadi və hüquqi əməliyyatlarda istifadə olunur.


Create Account



Log In Your Account