Jan 25 2019 16:14
Views: 616

Bu günlərdə dövlət idarəetmə sistemində aparılan struktur islahatları standartların dəyişməsinə, uyğunlaşmanın vacibliyinə dəlalət edir. Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək layihəsi"nin bağlanış mərasimində çıxışı zamanı deyib. Layihənin əsas məqsədi  Azərbaycanda qabaqcıl Avropa təcrübəsinə uyğun olan peşəkar, dayanıqlı dövlət qulluğu sisteminin daha da inkişaf etdirilməsinə töhfə vermək, vəzifə sisteminin təsnifatlandırılması, onun işəgötürmə, fəaliyyətin qiymətləndirilməsi və əmək haqqı sistemi ilə əlaqələndirilməsidir. Məleykə Abbaszadə bildirib ki, layihə çərçivəsində nəzərdə tutulmuş bütün məsələlər uğurla həll edilib, bir çox praktik nəticələr də əldə olunub.


Create Account



Log In Your Account