Jun 02 2018 18:19
Views: 734

Binə Atçılıq Mərkəzində Milli Atçılıq Festivalının açılışı olub. İyunun 17-dək davam edəcək festival Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı, Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə keçirilir. Milli Atçılıq Festivalına cıdır üzrə “100 İllik Yubiley Kuboku” ilə start verilib. Kubok uğrunda yarışda 24 at və jokey iştirak edib.
Doqquz yarış günü ərzində idmansevərləri, atçılıq həvəskarlarını çox maraqlı idman mübarizəsi gözləyir. Festival çərçivəsində bir neçə yerli və beynəlxalq turnir təşkil olunacaq. Festivalda atçılığın cıdır, konkur, çövkən və polo növləri üzrə yarışlar keçiriləcək. İyunun 8-də atçılığın konkur növü üzrə Heydər Əliyev Kuboku turniri təşkil olunacaq. iki kateqoriyadan ibarət olacaq turnirin ümumi mükafat fondu 34 min manatdır. Həmçinin iyunun 15-dən 17-dək Azərbaycan, Almaniya, İrlandiya və Hindistanı təmsil edən klubların iştirakı ilə ölkədə arena polo üzrə 6-cı Dünya Kuboku yarışları keçiriləcək. Mötəbər yarışda Azərbaycanı milli polo komandasının idmançıları təmsil edəcək.


Create Account



Log In Your Account