Jun 04 2019 17:23
Views: 1065

“Milli azlıqların hüquqlarının qorunması məsələsində ölkəmiz bütün dünyaya nümunədir”. Bu fikir Azərbaycanda yaşayan milli azlıqlarla bağlı keçirilən konfransda səsləndirildi. Qeyd edildi ki, milli azlıqların hüquqlarının qorunması, onların dil və mədəniyyətlərinin inkişafı, adət-ənənələrinin saxlanılması siyasəti bu gün də davamlı olaraq həyata keçirilir.

Azərbaycanda əsrlərdir müxtəlif xalqların nümayəndələri dostluq-qardaşlıq şəraitində yaşayırlar.Alban mədəniyyətinin daşıcıyıcısı olan udilər də bu sıraya daxildir. Qafqaz Albaniyasının sakinləri olmuş bu xalq hazırda kompakt şəkildə Qəbələnin Nic qəsəbəsində yaşayır. Ölkə üzrə ümumi sayları 4 mindən çoxdur.

Bu gün dünyada udilərin sayı 10 mindən çoxdur. Azərbaycanda yaşayan udilər onlara göstərilən münasibətdən çox razıdırlar. Xarici ölkələrdə öz mədəniyyətini, dilini, adət-ənənələrini qoruya bilməyən udilər burada hər cür qayğı ilə əhatəniblər.


Create Account



Log In Your Account