Aug 22 2018 18:30
Views: 706

Zorxana rəngarəng və xüsusi özəllikləri ilə seçilən idman növüdür. Zor – “güc”, xana isə - “məkan” mənasını ifadə edir. Qədimdə Zorxanalar döyüşçü və pəhləvanların fiziki hazırlıq hərəkətlərini icra etdikləri məkan olub. Burada nizə, toppuz, qılınc, ox kimi silahlardan istifadə edərək məşqlər keçirilirdi. “Zorxana” İdman növünün 17-18-ci əsrlərdə azərbaycanlı Pur Vəli tərəfindən yaradıldığı bildirilir.
Zorxana yarışına başlamazdan öncə idmançılar  döyüş ruhunun və əhval ruhiyyənin   qaldırılması üçün xüsusi məşq edir. Bundan sonra idmançılar ağır alətləri götürərək  çıxışlar edir. Bu məşqlər idmançının cəldliyinə, dözümlülüyünə  və kordinasiya qurmasına kömək edir. Sonda pəhləvanlar arasında yarış başlanır. Azərbaycan  zorxana üzrə millisinin   məşqçisinin sözlərinə görə ağır məşqlər döyüş ruhunu qaldırır. Yarış zamanı isə onların döyüş səhnələri rəqsə çevrilir.
Dəfələrlə  zorxana üzrə Azərbaycan millisinin beynəlxalq yarışlarda iştirak etməsi və qalib gəlməsi bu yarış növündə Azərbaycan pəhləvanlarının qüdrətini bir daha nümayiş etdirir.
 “Zorxana hazırda  Azərbaycanda və İranda yayılıb. Son illər zorxananın  dünya arenasında inkişaf etməsi bu idman növünün  digər ölkələrdə də tanınmasına səbəb olub. Bu gün Azərbaycanda  bu sahəni inkişaf etdirmək üçün zorxana federasiyası da fəaliyyət göstərir.


Create Account



Log In Your Account