Oct 10 2019 19:58
Views: 240

"Prezident İlham Əliyevin "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı bir çox ünvana hədəflənmiş çıxış idi. İlk ünvan olan Ermənistan anlamalıdır ki, ərazilərimizlə bağlı xülyasından əl çəkməlidir. 
Bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov “Qarabağ Azərbaycandır! Münaqişənin həlli perspektivləri” mövzusunda keçirilən "dəyirmi masa"da deyib. Tədbirdə vurğulanıb ki, Prezident İlham Əliyevin mesajı Azərbaycan cəmiyyətində silkələnmə yaradıb, torpaqları işğaldan azad etmək əzmini daha da qətiləşdirir. Yeni Azərbaycan Partiyası da bu ideyanın gerçəkləşdirilməsi üçün addımlar atmağa başlayıb. Yollarda bu şüarları əks etdirən elektron monitorlar quraşdırılıb, plakatlar yerləşdirilib, kampaniya üçün köynəklər sifariş verilib. Hətta “Qarabağ Azərbaycandır” adı ilə ümumxalq hərəkatının başladılması, yürüş keçirilməsi də təklif edilib. Qeyd olunub ki, "Qarabağ Azərbaycandır və nida işarəsi" mesajı Azərbaycanda milli ideyanın formalaşması səviyyəsinə qalxmaqdadır.


Create Account



Log In Your Account