Aug 03 2018 17:22
Views: 494

Kino sahəsinin inkişafına dair yeni konseptual proqram hazırlanıb. Bu barədə mədəniyyət naziri Əbülfəs Qarayev məlumat verib. Bildirib ki, Azərbaycan kinosu ilə bağlı dövlət proqramının müddəti bu il sona çatır. Lakin bəzi bəndlər icra olunmamış qalıb. Ona görə də bu işin məntiqi davamı kimi nazirlikdə kinematoqrafiya ittifaqları ilə birlikdə geniş fikir mübadiləsi aparılıb və yekun olaraq proqram hazırlanıb.

Nazir bildirib ki, icrası başa çatmaqda olan 10 illik proqram müddətində kinonun inkişafı üçün çox iş görülüb. Onlarla beynəlxalq müsabiqədə Azərbaycan filmləri uğurla təmsil olunub.

Milli kino günü və Azərbaycan kinosunun yaranmasının 120 illiyi Nizami Kino Mərkəzində təntənə ilə qeyd olunub. Tədbirdə mədəniyyət və incəsənət xadimləri, kino ictimaiyyəti və həvəskarları iştirak ediblər. Rejissor Yavər Rzayevin Azərbaycan kinosunun tarixinə və keçdiyi zəngin inkişaf yoluna həsr etdiyi sənədli film nümayiş etdirilib. kino xadimləri mükafatlandırılıb.

Azərbaycan kinosunun tarixi 1898-ci ilin 2 avqustunda Bakıda çəkilmiş kinosüjetlərin ilk nümayişindən başlayır. Milli lider Heydər Əliyevin sərəncamına əsasən 2000-ci ildən bu tarix kino işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Azərbaycan kinosunun 120 illiyinin qeyd olunması barədə dövlət başçısının sərəncamına əsasən ölkədə silsilə tədbirlər keçirilir. Bir qrup kino xadiminə fəxri adlar, mükafatlar verilib.

 


Create Account



Log In Your Account