Dec 10 2019 20:57
Views: 402

Heydər Əliyev öz fəaliyyəti ilə dünyadakı və ölkədəki prosesləri qabaqlayıb, xalqımızın milli maraqlarını hər şeydən üstün tutub və taleyüklü qərarlar qəbul edib. Bu fikri AMEA Rəyasət Heyətində “Heydər Əliyev: Ümummilli lider,zaman və müasir dövr” mövzusunda konfransda AMEA prezidenti Ramiz Mehdiyev səsləndirib. Bildirib ki, ümumilli lider Azərbaycanın ən çətin zamanlarında qərarlar qəbul etməkdə qətiyyət nümayiş etdirib. AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli bildirib ki, Heydər Əliyev ümummili liderlik zirvəsini fəth etmiş dövlət xadimi kimi tarixə düşüb. Daha sonra çıxış edən Tarix İnstititunun direktoru Yaqub Mahmudov milli liderin həyat yoluna, Azərbaycanda ayrı-ayrı sahələrin inkişafında göstərdiyi töfvələrdən danışıb. Qeyd olunub ki, Heydər Əliyev müstəqil Azərbaycanın yaradıcısıdır və onun dövlətçilik ideaları bu gün də yaşayır.


Create Account



Log In Your Account