Oct 10 2019 17:07
Views: 191

“Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm”. Milli lider Heydər Əliyev 26 il əvvəl oktyabrın 10-da prezident kimi and içərkən xalqına bu vədləri vermişdi. Üzərindən illər keçdikdən sonra Azərbaycanın indiki inkişafı onu göstərir ki, Heydər Əliyev öz andını yerinə yetirdi.
Andiçmə mərasimində iştirak edənlərdən biri – millət vəkili Hüseynbala Mirələmov deyir ki, o dövrdə Heydər Əliyev prezident kimi qarşısına bir nömrəli vəzifə olaraq insanların rifah halının yaxşılaşması, iqtisadiyyatın güclənməsini qoymuşdu. Milli lider Əsrin müqaviləsini İmzalanmasına nail olmaqla ölkə iqtisadiyyatını yüksəltməyə, beynəlaxlq aləmdə Azərbaycanı tanıtmağa nail oldu.
Ekspertlər bilidirirlər ki, milli lider Heydər Əliyev andiçmə mərasimi ilə Azərbaycan yeni siyasi ənənənin başlanğıcını qoymuş oldu. Heydər Əliyev andiçmə zamanı etdiyi çıxışında mühüm mesajlar çatdırdı
Andiçmə mərasimindəki çıxşış zamanı ulu öndər həm də ölkənin vətəndaş müharibəsi ərəfəsində olmasından,  separatçı qüvvələrin respublikanı parçalamaq meyllərindən danışaraq bu təhükənin qarşısının yalnız xalqın vəhdəti hesabına alına biləcəyini demişdi.
Ekspertlər qeyd edirlər ki, Azərbaycanda azadlığın, demokratik dəyişikliklərin, təminatçısı olacağın, bilik və təcrübəsini, qüvvəsinu Azərbaycan xalqının, Azərbaycan Respublikasının rifahına həsr edəcəyinə and içən Heydər Əliyevin həmin gün səsləndirdiyi fikirlər sonradan Azərbaycanın ilk müstəqil Konstitusiyasının əsasını təşkil etdi. Buna görə də müasir Azərbaycanın inkişafına görə məhz 1993-cü il oktyabrın 10-da milli lider Heydər Əliyevin irəli sürdüyü tezilərə borcluyuq.  

 


Create Account



Log In Your Account