Jun 12 2019 19:10
Views: 297

“1989-cu ilin sonu, 90-cı ilin əvvəllərində Azərbaycanda siyasi, iqtisadi, sosial vəziyyət çox ağır idi. O dövrdə respublikaya rəhbərlik edən şəxslərin səriştəsizliyi ucbatından ölkədə çox təhlükəli hadisələr inkişaf etməyə başlamışdı. Məhz belə bir məqamda xalqın yeganə ümidi ulu öndər Heydər Əliyevə idi”. Bunu CBC-yə müsahibəsində Heydər Əliyevin Bakıya gəlməsi üçün müraciətə imza atan insanlardan biri, ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev bildirib.

Onun sözlərinə görə, 1992-ci ilin 16 oktyabrında 91 nəfər ziyalı “Səs” qəzeti vasitəsilə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək, onu ölkədə yaranmış dərin siyasi və iqtisadi böhranı aradan qaldırmağa çağırıb. Xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 9-da Bakıya gələn Heydər Əliyev ziyalılarla, müxtəlif insanlarla görüşür. Daha sonra Gəncəyə getmək və qiyamçılarla söhbət etmək qərarına gəlir.

Beləliklə, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Milli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkənin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.

Vladimir Timoşenko qeyd edir ki,  Heydər Əliyev ölkəni təhdid edən vətəndaş müharibəsinin qarşısını aldı. Yeni ordu quruculuğunun təməlini qoydu. Azərbaycanı siyasi və iqtisadi böhrandan xilas etdi.


Create Account



Log In Your Account