May 11 2019 16:50
Views: 229

Azərbaycan xalqı Heydər Əliyevi sevirdi, ona inanırdı, onu dəstəkləyirdi. O isə öz həyatını xalqa həsr edib və bütün dövrlərdə xalqa ləyaqətlə xidmət edib.  Prezident İlham Əliyev milli lider Heydər ƏLiyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə belə deyib. bildirib ki, Heydər Əliyevin həm sovet dövründə, həm müstəqillik illərində Azərbaycanın inkişafı üçün çox böyük fədakarlıq göstərib. Dövlət başçısı bildirib ki, Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdışından sonra da ölkədə inkişaf dövrü başlayıb.
“Heydər Əliyev hər zaman məcburi köçkünlərin problemləri ilə maraqlanırdı, onlara böyük qayğı, diqqət göstərirdi” – deyən dövlət başçısı xatırladıb ki, o zmaan Azərbaycan donor təşkilatlardan böyük dərəcədə asılı idi. Məhz Heydər Əliyevin göstərişi ilə ilk neftdən Azərbaycan Dövlət Neft Fonduna daxil olan gəliri məcburi köçkünlərin problemlərinin həllinə istifadə olunub.
Dövlət başçısı bildirib ki, ölkə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində böyük işlər görülüb. İqtisadiyyatın neft-qaz amilindən asılılığını azaltmaq üçün praktiki addımlar atılır. Son 15 il ərzində iqtisadiyyat 3 dəfə artıb, çox gözəl biznes mühiti yaradılıb. Prezident qeyd edib ki, Azərbaycan böyük enerji və nəqliyyat layihələri həyata keçirir.  Amma əldə edilmiş uğurlarla kifayətlənmək olmaz.
Dövlət başçısı 15 illiyi qeyd olunan  Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirib. Bildirib ki, bu illər ərzində bir çox sahələrdə - mədəniyyət, incəsənət, təhsil və digər sahələrdə Fond çox böyük işlər görüb. Fondun təşəbbüsü ilə başlanan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı ölkə miqyasında geniş vüsət alıb və ondan sonra dövlət xətti ilə 3 min 200-dən çox məktəb tikilib, təmir edilib. Fond səhiyyə sahəsində çox böyük işlər görür.
Sonra Prezident İlham Əliyev Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadəyə Heydər Əliyev Mükafatını təqdim edib. Dövlət başçısı Xoşbəxt Yusifzadəni Azərbaycan neftçilərinin rəmzi adlandırıb, Azərbaycan xalqının onunla fəxr etdiyini deyib.
Daha sonra Heydər Əliyev Fondunun təsis etdiyi “Qızıl çinar” beynəlxalq mükafatının 2019-cu il üzrə qalibləri elan olunub.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Almaniya Münxen Yeni Filarmoniyasının Simfonik Orkestrinin baş dirijoru, Əməkdar artist Fuad İbrahimova və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin direktor müavini Zərifə Məmmədovaya “Qızıl çinar” beynəlxalq mükafatlarını təqdim edib.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz milli lider Heydər Əliyevin əlyazmasını prezident İlham Əliyevə təqdim edib. prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimləri ilə görüşbülər.


Create Account



Log In Your Account