Jul 31 2019 15:33
Views: 248

 “Müstəqil vətənin memarı”. Azərbaycan xalqının milli lideri Heydər Əliyevin siyasi hajkimiyyətə gəlişininn 50-ci ildönümü ilə bağlı çəkilmiş videofilm məhz belə adlanır. Film Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif anlarını əks etdirir. Filmin müəllifi İxtiyar Piriyev bildirir ki, ekran əsəri Azərbaycan tarixinin mühüm bir mərhələsinə həsr olunub. Filmin yaradıcı heyəti Milli liderin Azərbaycan tarixində oynadığı müstəsna rolun əhəmiyyətni tamaşaçılara çatdırmağa çalışıb.

Mədəniyyət naziri Əbülfəs Qarayev bildirb ki,  Ötən 50 ilin parlaq və şanlı səhifələri Ulu öndərin şərəfli ömür yolu ilə bağlıdır. Onun hakimiyyətə gəlişi ilə Azərbaycan tarixinin yeni dövrü başlayıb. Nazir qeyd edib ki, illər sonra tarixçilər, siyasətçilər onun hakimiyyəti dövrünə nəzər salmaqla nə qədər böyük şəxsiyyət olduğunu bir daha görəcəklər.

Filmin təqdimat mərasimində mədəniyyət, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.


Create Account



Log In Your Account