Jul 12 2019 17:37
Views: 281

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatı ilə birgə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib. Müstəqil Azərbaycanın qurulmasında milli liderin müstəsna rolundan, həyat və dövlətçilik fəaliyyətindən söz açılıb. Qeyd olunub ki, zəngin siyasi irsə, təcrübəyə malik olan ulu öndərin banisi olduğu dövlətçilik strategiyasını Prezident İlham Əliyev uğurla davam etdirir. Heydər Əliyevin həyat və dövlətçilik fəaliyyətinə həsr olunmuş videoçarx təqdim olunub. “ASAN Könüllülük” məktəbinin təqdimatı və “ASAN xidmət” mərkəzi ilə tanışlıq keçirilib. “Yaşıl ASAN” proqramı ilə tanışlıq məqsədi ilə Sumqayıt regional “ASAN xidmət” mərkəzinə və Təkrar Kağız Emalı Fabrikinə ekskursiyalar təşkil olunub. Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan tarixində böyük dönüş dövrünə keçildiyini, dinamik və hərtərəfli inkişafı təmin edən kompleks islahatlara başlandığını vurğulayıb.


Create Account



Log In Your Account