Dec 10 2019 21:04
Views: 125

Türkiyənin Ardahan Universitetində “Müstəqil Azərbaycan - Heydər Əliyev!” mövzusunda konfrans təşkil olunub. Azərbaycanın Qarsdakı Baş Konsulluğu və Ardahan Universitetinin birgə təşkil etdiyi tədbirdə rəsmi şəxslər və bu təhsil ocağının kollektivi iştirak edib. Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev və Ardahan Universitetinin rektoru, professor Mehmet Biberin çıxışları dinlənilib. Milli Liderin xilaskarlıq missiyasına geniş yer ayıran çıxışçılar dünya şöhrətli siyasi xadimin Azərbaycanın müstəqilliyinin qorunması, inkişaf istiqamətlərinin müəyyən edilməsi, o cümlədən Azərbaycan-Türkiyə qardaşlığının genişlənməsi və birgə yüksəlişləri üçün gördüyü işlərdən danışıblar. Əminliklə ifadə olunub ki, qədirbilən Azərbaycan və Türkiyə xalqları əbədiyyətə qədər Heydər Əliyev şəxsiyyətinin ucalığını ehtiramla yad edəcəklər.


Create Account



Log In Your Account