May 17 2019 19:10
Views: 224

Bəzi xarici dairələr Azərbaycanda keçirilən islahatlara qarşı ədalətsiz şəkildə qarayaxma kampaniyası aparır, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən danışıqlara təzyiq göstərməyə çalışırlar. Bu məsələ ilə bağlı bu gün Milli Məclisin plenar iclasında bəzi deputatlar mövqelərini açıqlayıblar. Komitə sədri Siyavuş Novruzov bildirib ki, həmin dairələr öz nizamnamələrinə zidd olaraq idmanı siyasətə qatırlar.
Milli Məclisdə müzakirəyə çıxarılan məsələlərdən biri - özəl təhsil müəssisələrinin akkreditasiyası üçün yüksək məbləğdə rüsum qoyulması deputatların etirazına səbəb oldu. Belə ki, “Təhsil haqqında” qanuna və “Dövlət rüsumu” haqqında qanuna nəzərdə tutulan dəyişikliyə görə, uşaq bağçası, məktəb, o cümlədən peşə təhsili müəssisəsi, ali məktəb, təhsil kursları açmaq istəyən şəxslər hər 5 ildən bir 3 min manatdan 20 min manatadək rüsum ödəməlidirlər. Deputatlar Əflatun Amaşov, Məlahət İbrahimqızı, Eldar Quliyev  və digərləri rüsumların artırılmasının dövlət başısının apardığı siyasətə zidd olduğunu, bunun sahubkarlığın inkişafına və vətəndaşın cibinə ziyan vuracağını dedilər.
Etirazlardan sonra Milli Məclisin elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitə iclasında məsələnin yenidən Təhsil Nazirliyi ilə birgə müzakirə olunacağını dedi.


Create Account



Log In Your Account