Mar 30 2020 18:58
Views: 306

Koronavirus yayılmasının təhlükəsinə görə, Milli Məclisin  bugünku iclası fərqli formatda təşkil olunmuşdu. Deputatlar həmişə olduğu kimi yanaşı yox, bir-birilərindən aralıda kürsülərdə oturmuşdular. Həmçinin, media nümayəndələri də zala buraxılmamışdı. Parlament binasının foyesində televiziyaların çəkiliş aparması üçün bir birindən aralı məsafədə stullar düzülmüş, iclasın birbaşa translyasiya olunduğu ekran yerləşdirilmişdi. Bundan sonra parlamentin plenar iclasları onlayn da keçirilə bilər. deputatlar elə ilk olaraq bu məsələni müzakirəyə çıxardılar.

Beləliklə, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə təklif edilən dəyişikliyə görə, Milli Məclisin və komitələrinin iclaslarının İnternet vasitəsi ilə keçirilə bilə. Real vaxt rejimində keçirilən iclaslarda səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçiriləcək.  Bu dəyişiklik 2020-ci il dekabrın 30-dək qüvvədə olacaq. COVİD 19 infeksiyasının hərbi hissələrə və silahlı qüvvələrə ayaq açmasının qaşrısını almaq üçün Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında qanun da müzakirəyə çıxarıldı

Koronavirusun yaratdığı çətinliklərə görə Milli Məclis tibbi sığorta haqqında qanuna da dəyişiklik etdi və Azərbaycanda icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi müddətinin uzadılmasına səs verildi. Belə ki, ölkədə ibari tibbi ığsorta sistemi 2021-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunacaq. Bu məsələnin müzakirəsi zamanı koronavirusla mübarizənin ön cəbhəsində olan həkimləralqışlar da səsləndi.


Create Account



Log In Your Account