Oct 22 2019 18:32
Views: 1308

Üç gün əvvəl Bakının mərkəzində baş verən qanunsuz aksiya mitinq yox, təxribat cəhdi idi. Milli Məclisin bugünkü  iclasında Milli Şuranın oktyabrın 19-da “keçirdiyi razılaşdırılmamış aksiya belə qiymətləndirildi. Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa cəhd edən siyasi qrupların fəaliyyətini tənqid etdi. O, akisyada dindarlardan alət kimi istifadə olunduğunu qeyd edərək inanclı insanları diqqətli olmağa çağırdı.

Müzakirələrin sonunda Milli Məclis sədrinin müavinlər də məsələyə münasibətlərini açıqladılar. Birinci vitse-spiker Ziyafət Əsgərov aksiya keçirənlərin bilərəkdən iğtişaşlara can atdıqlarını bildirdi. Sədrin müavini Bahar Muradova isə bu təxribatı törədənlərin öz maraqlarını xalqın, dövlətin maraqlarından üstün tutduğunu bildirdi.

Milli Məclis üzvləri həmkarlarına, ölkənin tanınmış inasanlarına, mədəniyyət və ictimai xadimlərinə müraciət edərək hər kəsi baş verən qanunsuzluğa münasibət bildirməyə çağırdılar. Müzakirələrdən sonra deputatlar Uşaqların cinsi istismarn və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasını, bəzi qanun və normativ aktlara, məcəlləlrəə dəişikliklər layihəsini təsdiqlədilər.


Create Account



Log In Your Account