Mar 29 2019 17:55
Views: 577

Azərbaycanda sığorta şirkətlərinə etimad az olduğundan, vətəndaşlarda sığorta mədəniyyəti formalaşmayıb. Bu səbəbdən hansısa problem yaşandıqda, yalnız dövlət və prezident vətəndaşlara yardım edir. Milli Məclisdə “Sığorta fəaliyyəti haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputatlar yekdilliklə belə fikir səsləndirdiər. Çıxış edənlər vurğuladılar ki, bu günlərdə Diqlas ticarət mərkəzindəki yanğın ölkədə sığorta sahəsindəki problemləri üzə çıxardı.

Deputatlar məhkəmədən kənarda vətəndaşların mübahisəsini həll etməyə imkan verən “Mediasiya haqqında” yeni qanun layihəsini də müzakirə etdilər. Qanun layihəsinə əsasən, tərəflər iqtisadi, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. bu işi mediatorlar aparacaq. Deputatlar qeyd etdilər ki, mediatorların işi məhkəmələrdə süründürməçiliyə son qoyacaq.  Çünki mediasiya işi ən çoxu 2 ay davam edə bilər.

Millət vəkilləri mediasiyanın məcburi yox, tam könüllü proses olmasını təklif etdilər. Həmçinin, mediatorlar üçün minimum yaş həddinin 25-dən daha yüksək olmasını, mediatorun hüququ təhsil almasının vacibliyini vurğuladılar. Qanun layihəsi birinci oxunuşda qəbul olundu.

 


Create Account



Log In Your Account