Oct 15 2019 19:56
Views: 298

Dağlıq Qarabağla bağlı dünyada təbliğat işlərinin aparılması üçün fond yaradılmalıdır. Bu təklif  Milli Məclisdə keçirilən “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda dinləmədə irəli sürülüb. Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin təşkil etdiyi dinləmələrdə Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın İdarə Heyətinin üzvləri də iştirak ediblər. Qurumun rəhbəri Tural Gəncəliyev bildirib ki, prezidentin Valday forumundakı çıxışı hər kəs üçün örnək olmalıdır. 
Dinləmədə qeyd olundu ki, Azərbaycanda yaşayan 700 mindən çox qaçqın və məcburi köçkünün hər biri öz evinə qayıdacaq. Prezidentin çıxışında da bu məqam xüsusi vurğulandı. Artıq yurdundan didərgin düşən insanların geri qayıtmsı üçün zəmin yaradılmaqdadır. 
İcmanın üzvü, Musiqi Akademiyasıın rektoru Fərhad Bəbəlbəyli  xarici ölkələrdə lazımi səviyyədə təbliğat işlərinin aparılmasının vacibiyindən danışdı, bu işləri gücləndirməyin zəruri olduğunu dedi. Çıxışlarda  bu məqsədlə xüsusi fondun yaradılması təklif olundu. Bu təklif deputatlar tərəfindən də dəstəkləndi.
Qeyd edildi ki, Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nda peşəkar tarixçilərdən ibarət şöbə yaradılması, urada ermənilərin tarixi, Qafqazda mövcud olmaması ilə bağlı araşdırmalar aparmalı, müxtəlif dillərdə dərc edilməlidir. İştirakçılar vurğuladılar ki, hər kəs milli maraqlar uğrunda birləşməli, Prezidentə dəstək verməlidir.


Create Account



Log In Your Account